21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Süleymani Zərifə "geri dön" dedi

28.02.2019

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasının komandanı general-mayor Qasım Süleymani İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifdən istefasını geri çəkməsini istəyib.
"Dövran Media" xəbər verir ki, Süleymani İran Ali dini lideri Əli Xameneinin də Zərifi dəstəklədiyini söyləyib.
"Faktlar göstərir ki, Zərifin İran və Suriya prezidentlərinin görüşündə iştirak etməməsi hansısa məqsədə xidmət etmir. Qeyd etmək istəyirəm ki, o, İranın xarici işlər naziri kimi ölkənin xarici siyasətinə görə məsuliyyət daşıyan əsas şəxsdir”, – deyə o bildirib.
Qeyd edək ki, Zərif Suriya lideri Əsədin İrana səfərindən xəbəri olmadığı üçün 25 fevralda istefaya getdiyini elan edib. Onun istefa müraciətini İran Prezidenti Ruhani qəbul etməyib.