03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ayı saxlayan şəxsi hansı cəza gözləyir?

27.02.2019

Vəhşi heyvanları tutaraq şəxsi həyətlərdə saxlayanlara tətbiq olunan cərimənin məbləği açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, qanun pozan hər bir şəxs barəsində protokol tərtib edilir:
"Onlar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunur. Belə xətalara yol verən fiziki şəxslər 200 manatdan 500 manatadək, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 5000 manatdan 7500 manatadək cərimə olunur”.
İradə İbrahimova bildirib ki, Quba rayonunda fərdi təssərrüfatlardan birində saxlanan adı  "Qırmızı kitab”ına düşən qonur ayının götürülərək vəhşi təbiətə buraxılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tədbirlər görülür:
"Qonur ayı götürülərək baytar həkim tərəfindən müayinə olunacaq, sağlam olduğu təqdirdə vəhşi təbiətə buraxılacaq. Əgər ayıda hər hansı xəstəlik aşkar edilərsə o zaman ETSN-nin Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil veriləcək və reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq”.
Qeyd edək ki, ötən gün Qubada Mirzəqışlaq kənd ərazisində yerləşən Abbas Zeynalova məxsus fərdi təsərrüfatda adı "Qırmızı kitaba” düşən və qəfəsdə saxlanılması qanunla qadağan edilən bir ədəd qonur ayının saxlanıldığı məlum olub.