Yusif yeni layihə ilə efirə qayıdır
27.02.2019
Bir müddətdir ki, televiziyadan uzaq düşən Yusif Ağayev yenidən efirə qayıdır.
"Dövran Media" xəbər verir ki, o, dəb müsabiqəsi ilə tamaşaçı qarşısına çıxacaq.
Məşhur aparıcının yeni layihəsinin adı "Zövqə doğru"dur. Yarışmada zövqlü xanımlar birincilik uğrunda mübarizə aparacaqlar. Aparıcı instaqramda video paylaşaraq proqramın tezliklə ATV-də yayımlanacağını qeyd edib.
Xatırladaq ki, Y. Ağayev ötən ilin yayında üç il apardığı "10-dan sonra" verilişi ilə vidalaşmış, proqramı aktyor Əkbər Əlizadəyə təhvil vermişdi. Bundan əlavə, proqram Milli Televiziya və Radio Şurasının (MTRŞ) tərəfindən tənqid olunmuş, canlı efirdə yaşanan qalmaqallara görə xəbərdarlıq edilmişdi. Bundan sonra Y. Ağayev "ATV səhər"də aparıcı olmuş, efir fəaliyyəti qısa sürmüşdü.