10 04 2025-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Türk ordusu 3 dənizdə təlimlərə başladı

27.02.2019

Türkiyə Respublikasında tarixinin ən böyük təlimləri sayılan "Mavi Vətən 2019” təlimləri start götürüb.
"Dövran Media" xəbər verir ki, Türkiyəni əhatə edən 3 dənizdə keçirilən təlimlərə ümumilikdə 103 gəmi cəlb olunub.
Türkiyənin Hərbi Dəniz Qüvvələri Komandanlığının Dəniz Əməliyyatları rəisi admiral Yankı Bağcıoğlu təlimlərin məqsədinin qüvvələrin hazırlıq səviyyəsini artırmaq olduğunu bildirib.
Təlimlərə 13 freqat, 9 korvet, 16 hücum gəmisi, 7 sualtı qayıq, 7 mina gəmisi, 17 köməkçi sinif gəmi, 14 patrul gəmisi, 22 desant gəmisi, 1 təlim gəmisi cəlb olunub. Bununla yanaşı dəniz patrul təyyarələri, dəniz helikopterləri, dronlar, SAT, SAS komandosları, amfibiya dəniz piyadası taborları da "Mavi Vətən 2019”təlimlərində iştirak edəcək.