Trampın qərarına qarşı qətnamə qəbul edildi
27.02.2019
ABŞ Nümayəndələr Palatası Donald Trampın ölkənin cənub sərhədində divar qurulması ilə bağlı fövqəladə bəyannaməsini ləğv etmək barədə qətnamə qəbul edib.
"Dövran Media" xəbər verir ki, səsvermə zamanı 245 üzv qətnamənin lehinə səs verib. Lazımi həddi keçmək üçün Respublikaçılar Partiyasının 13 üzvü da Demokratlara qoşulub. Daha sonra qətnamə Senata göndərilib və 18 gün ərzində səsverməyə çıxarılması gözlənilir./ona/