Aytaç Arman vəfat etdi
26.02.2019
Bir müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkən türkiyəli aktyor Aytaç Arman vəfat edib.
Aktyorun İstanbul Onkologiya Klinikasında dünyasını dəyişdiyi deyilib.
Arman 1971-ci ildən sənətdədir. O, həmyerlisi Yılmaz Güneyin "Baba" filmində rol almaqla diqqətləri üzərinə çəkib. A.Arman yüzlərlə filmə və teleseriala çəkilib, həmçinin bir çox mükafatlara layiq görülüb.