Timoşenko Poroşenkonun impiçmentini başlatdı
26.02.2019
Ukraynanın Batkivşina Partiyasının lideri və prezidentliyə namizəd Yuliya Timoşenko tərəfdarları ilə birlikdə Prezident Pyotr Poroşenkonun impiçment prosesini başlatdıqlarını elan edib.
"Dövran Media" xəbər verir ki, bu barədə TASS informasiya yayıb.
"Bizi dəstəkləyən digər fraksiyalarla birlikdə prezidentin impeçment prosesinin başladıldığını elan edirik”, - Timoşenko bildirib.
Qeyd edək ki, 31 martda Ukraynada prezident seçkiləri keçiriləcək. Ona görə Timoşenkonun bu kampaniyasının məqsədi bəlli deyil.