Yeni təyinat - Prezident SƏRƏNCAM verdi
12.03.2018
Daxili Qoşunlara yeni qərargah rəisi təyin edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən Tofiq Vaqif oğlu Hüseynov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları komandanının 1-ci müavini - Qərargah rəisi təyin edilib.
Qeyd edək ki, ölkə başçısı bir neçə gün əvvəl T. Hüseynova general-mayor ali hərbi rütbəsi verilməsi haqqında da sərəncam imzalayıb.