"Torpaqlar azad edilmədikcə, bizim ağrımız keçməyəcək"
26.02.2019
"Dağlıq Qarabağ, Xocalı bizim də yaramızdır bu yara sağalmayınca biz də sizin kimi rahatlıq tapmayacağıq.
"Dövran Media"nın məlumatına görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
O bildirib ki, Xocalı soyqırımı ilə bağlı anım mərasimləri Türkiyənin demək olar ki, hər şəhərində keçirilir: "Bir millət, iki dövlət" olmaq bunu tələb edir. İşğal edilmiş torpaqlar azad edilmədikcə, evlərindən didərgin düşmüş məcburi köçkünlər geri qayıtmadıqca, bizim ağrımız keçməyəcək”.
Səfir bildirib ki, artıq Xocalıya ədalətin vaxtı çatıb: "Xocalıda qətlə yetirilən insanların qanı yerdə qalmamalıdır. Türkiyə hər zaman Azərbaycanın yanında dayanacaq ki, bir də belə faciə yaşanmasın, kimsə buna cəsarət etməsin". /ona/