Hind qırıcıları Pakistan sərhəddinə BOMBA YAĞDIRDI
26.02.2019
Hindistan Hərbi Hava Qüvvələri Pakistanla sərhəddə yerləşən mübahisəli bölgə Kəşmirə aviazərbələr endiriblər.
"Dövran Media" xəbər verir ki, bu barədə ANİ agentliyi informasiya yayıb.
Məlumata görə, hava əməliyyatı 02:00-da başladılıb. Əməliyyata 12 ədəd çoxməqsədli "Miraj 2000” qırıcısı cəlb olunub. Əməliyyat zamanı Ceyşe Məhəmməd terror qruplaşmasına məxsus təlim düşərgəsinə hər biri 1 ton ağırlığında idarə olunan bombalar buraxılıb.
Düşərgə tamamilə darmadağın edilib.