21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Uşaqlar üçün birdəfəlik müavinət 200 manata qaldırıldı

25.02.2019

Uşağın anadan olmasına görə birdəfəlik müavinət 62 faiz artırılaraq 200 manat olub
"Uşağın anadan olmasına görə birdəfəlik müavinət 109 manat idi, bu məbləğ 62 faiz artırılaraq 200 manata qaldırıldı”.
ONA-nın məlumatına görə, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamla bağlı keçirdiyi mətbuat konfransında bildirib.
S. Babayev deyib ki, 2018-ci ildə 78 min 224 nəfər uşağın anadan olmasına görə birdəfəlik təqaüd alıb: "Bu il də təqribən 80 min insan uşağın anadan olmasına görə birdəfəlik təqaüd alacaq”.
Nazir nəzərə çatdırıb ki, dəfn üçün birdəfəlik təqaüd də 146 manatdan 300 manata qaldırılıb: "Beləliklə, bu təqaüd 105 faiz artırılıb”.
Nazir qeyd edib ki, ümumilikdə sərəncama əsasən, sosial paket 576 min 842 vətəndaşı əhatə edir: "Bu məqsədlə əlavə olaraq yönəldiləcək illik maliyyə vəsaiti 399 milyon 842 min manatdır. Cari ildə isə 9 ayı əhatə etdiyi üçün bu məqsədlə dövlət büdcəsindən 302 milyon 134 min manat vəsait ayrılacaq”.