Qlobal istiləşmənin xeyri də olacaq
25.02.2019
Cari yüzillikdə qlobal istiləşmənin təsiri altında yağıntıların güclənməsi ilə əlaqədar Yer planetinin bəzi quraq regionlarında su resursları artacaq.
"EurekAlert!” nəşrinin dərc etdiyi elmi məqaləyə görə, Çinin Elmlər Akademiyasının Atmosfer Fizikası İnsititunun alimləri belə bir nəticəyə gəlib.
Tədqiqatçılar Afrikanın Sahel bölgəsinin (Şimali Səhra ilə Cənubi Səhra arasında yerləşən tropik savanna) yarımquraq ərazilərində iqlim dəyişikliyini araşdırıb.
Sahel yağıntı miqdarında baş verən dəyişikliklərə həssas olur. Həmin bölgədə baş verən quraqlıq bəzi Afrika ölkələrində irimiqyaslı ərzaq və su qıtlığına yol açır. Mövcud iqlimi modellər yağıntı miqdarı ilə bağlı proqnozlarda qeyri-müəyyənliyin olduğunu aşılayır.
Məlum olub ki, belə qeyri-müəyyənlik Cənubi Asiya və Sakit okeanın şimal-qərbində yağıntıların modelləşdirilməsi ilə sıx əlaqəlidir. Bunu nəzərə alaraq, mütəxəssislər proqnozlara yenidən baxıb və Sahildə yağıntı miqdarının 109 faiz artacağını ortaya çıxarıb. Bundan başqa, regionda əlçatan su resurslarının 119 faiz artacağı gözlənilir.