Dünyanın ən dadlı geyimləri təqdim olundu - VİDEO
24.02.2019
İki gün öncə Belçikada dünyanın ən dadlı moda sərgisi keçirilib.
Belə ki, dizaynerlər bu dəfə şokoladdan hazırlanmış geyim və aksessuarları təqdim ediblər.
Həm qadın, həm də kişilər üçün nəzərdə tutulmuş geyimlər manikenlərin əynində əriməsin deyə, təqdimat zamanı salonda temperatur aşağı salınıb.
Şokoladdan hazırlanmış rəngarəng geyimlər böyük marağa səbəb olub.