21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qohumla nigah qadağan edilir

24.02.2019

Özbəkistanda yaxın qohumlar arasında nikah bağlanması qadağan edilə bilər.
"Dövran Media" xəbər verir ki, Səhiyyə Nazirliyi ölkənin Ali Kodeksinə dəyişiklik etmək haqqında qanun layihəsini müzakirəyə çıxarıb. Qanun layihəsinin 16-cı maddəsində dəyişiklik etmək nəzərdə tutulur.
Yeni dəyişikliyə əsasən qardaş və bacıların övladlarının evlənməsi qadağan olunur.
Hazırda doğma və ögey bacı-qardaşlar, övladlığa götürülən uşaqlarla valideynlər arasında nikaha yol verilmir. Müzakirələr martın 9-dək davam edəcək.
Xatırladaq ki, Özbəkistanda nikah yaşı kişilər üçün 18, qadınlar üçün isə 17 yaş müəyyən edilib.