London: Ər-Riyada qarşı embarqonu ləğv edin!
23.02.2019
Almaniyanın Səudiyyə Ərəbistanına silah tədarük etməkdən imtina etməsi Berlinlə London və Paris arasında gərginlik yaradıb.
"Dövran Media" xəbər verir ki, bu barədə "RİA Novosti” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
"Britaniya hökuməti hətta Almaniya hakimiyyətini NATO çərçivəsində öhdəliklərini icra etməyə mane yaratmaqda ittiham edib. London və Paris hazırda Almaniyanın Səudiyyə Ərəbistanına silah tədarükünü azaltmasının qarşısını almağa çalışır” – deyə mənbə bildirib.
Qeyd edək ki, Almaniya bundan öncə 2018-ci ilin oktyabrında Səudiyyə Ərəbistanına silah embarqosu tətbiq edib.