ABŞ İrəvana yeni səfir göndərir
23.02.2019
ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi gələn həftə İrəvana gələcək.
"Dövran Media" xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı Səfirliyinin Feybuk hesabında məlumat paylaşıb.
Qeyd edək ki, Treysi hazırda ABŞ Dövlət Departamentində Rusiya və keçmiş SSRİ ölkələri ilə iş üzrə baş müşavir vəzifəsini tutur. Bu vaxta qədər Treysi ABŞ-ın Moskvada, Aşqabadda, Astanadakı səfirinin müavini kimi çalışıb.
O, həmçinin ABŞ Dövlət katibinin Mərkəz Asiya üzrə köməkçisinin müavini olub.