7,7 ballıq ZƏLZƏLƏ olub
22.02.2019
Ekvadorun şərqində 7,7 bal gücündə güclü zəlzələ baş verib.
Bu barədə ABŞ-ın Geoloji Xidməti (USGS) məlumat yayıb.
Yeraltı təkanlar fevralın 22-də yerli vaxtla saat 10:17-də Palora şəhərindən 115 kilometr cənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı yer səthindən 132 kilometr dərinlikdə yerləşib.
Hələlik mümkün dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.
Yeri gəlmişkən qeyd edək ki, məşhur alim Frank Hugerbits fevralın 21-də dünyada 7 və ya 8 bal gücündə meqa-zəlzələ olacağını bildirmişdi. Alim bundan əlavə zəlzələlər üçün fevralın son iki həftəsinin kritik əhəmiyyətli olacağını açıqlamışdı.
Ekspertlər alimin proqnozunu doğruldan digər fakt kimi 20 fevralda Türkiyədə baş verən 5,5 ballıq yeraltı təkanları da qeyd edirlər.