“Haqqın dərgahı” Hacı Şahin Həsənli ilə
22.02.2019
BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev Azərbaycan Teleradio Verilişləri QSC-nin Mədəniyyət Televiziyasının efirində yayımlanan "Haqqın dərgahı” verilişinin aparıcısı vəzifəsindən çıxıb.
Artıq proqram ilahiyyatçı Hacı Şahin Həsənlinin təqdimatı ilə efirə çıxır. İlahiyyətçi:"Haqqın dərgahı” verilişinin mənim təqdimatımda ilk proqramı ötən gün yayımlandı. Verilişin proqramı hələ ki, dəyişilməz olaraq qalır. Gələcəkdə verilişə qonaqların da dəvət olunması gözlənilir. Verilişdə dini dəyərlərə elmi yanaşma, mənəvi dəyərlərin müasir reallıqlara uyğun təbliğ olunmasına üstünlük veriləcək".
"Haqqın dərgahı" verilişi müstəqilliyin ilk illərindən fəaliyyətə başlayıb. Hər həftənin cümə axşamı günü 15 dəqiqəlik yayımlanan verilişin müəllifi Arif Teymurov, rejissoru Sevda Abdullayevadır.