Gündəlik hasilatın yeni rekordu
22.02.2019
Birləşmiş Ştatların sutkalıq xam neft istehsalında yeni rekord qeydə alınıb.
Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft hasilatı əvvəlki həftə ilə müqayisədə 89 min barrel artaraq sutkada 12 milyon barrelə yüksəlib. Bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.
Xam neft istehsalı əvvəlki həftəyə görə Alyaska ştatında 11 min barrel azalıb, digər ştatlarda isə 100 min barrel artıb. Beləliklə də Birləşmiş Ştatların gündəlik neft hasilatında son 58 həftənin 44-də artım qeydə alınıb.
Beynəlxalq Enerji Agentliyi ABŞ-ın dünyanın ən böyük xam neft istehsalçısı olacağını proqnozlaşdırır.
EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 12,4 milyon barrel, gələn il isə 13,2 milyon barrel təşkil edəcək.