21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Riqalılar virusdan qonunmaq üçün NARı seçirlər

22.02.2019

Qış mövsümünün olması, günəşin nadir hallarda görünməsi bu dövr üçün populyar olan virus və xəstəliklərdən qorunmağı labüd edir. Hazırda Latviyada insanları ən çox qorxudan geniş yayılmış qrip virusuna yoluxmaqdır. Virusdan qorunmaq üçün əhali xalq təbabətindən geniş istifadə edir.
Riqa  əhalisi viruslardan qorunmaq üçün ən çox qarağat, ürək xəstəliklərini önləmək, qanazlığını aradan qaldırmaq üçün - nar, öskürəkdən qurtulmaq üçün isə palıd qozasına üstünlük verir.
Alıcıların ən sevdiyi nar şirələri isə məhz Azərbaycandan idxal olunan məhsuldur. Satıcılar məhz Azərbaycan məhsulunun çox sevildiyini və satıldığını qeyd edirlər. Onlar qeyd edirlər ki, içində heç bir əlavə qarışıq maddəsi olmayan, konservantsız nar şirələrinin litri bazarda 8 avroya satılır.
Satıcılar qeyd edir ki, xüsusən uşaqlar üçün məsləhət görülən nar şirələri onlarda qanazlığı, halsızlıq, fikir dağınıqlığı kimi simptomları aradan götürür. "Biz bu şirəni səhərlər acqarına içirik. İçindəki dənələr də çox xeyirlidir, onlar bağırsaqlarda təbii fırça effekti yaradır. Burada şirin ispan narları da satılır, lakin onlar keyfiyyətinə və tibbi cəhətdən xeyirli göstəricilərinə görə Azərbaycan narı ilə müqayisə oluna bilməz”,- deyə alıcılar da razılıq edir.