Kosmik zond Ryuqu asteroidinə enib
22.02.2019
Fevralın 22-də Yaponiyanın "Hayabusa-2” kosmik zondu uğurla Ryuqu asteroidinin səthinə enib.
Bu barədə Yaponiyanın Kosmik Məkanın Tədqiqi Agentliyi (JAXA) məlumat yayıb. Bildirilir ki, kosmik zond asteroidin səthinə Yaponiya vaxtı ilə səhər saat 7:45 dəqiqədə enib. Qeyd edilir ki, aşağı hissəsində təqribən bir metr uzunluqda xüsusi qurğuya malik olan "Hayabusa-2” zondu asteroidin üzərindən nümunələr götürəcək. Həmin qurğu zond tərəfindən atəş açılan zaman uçan daş parçalarını tutmaq üçün layihələndirilib.
JAXA-nın məlumatına görə, zonddan daxil olan informasiyalar atəşin planauyğun şəkildə aparıldığını təsdiq edir.
"Hayabusa-2” kosmik zondunun əməliyyat qurtardıqdan sonra 20 min metr yüksəkliyə qalxacağı və asteroidlə növbəti əlaqəyə hazırlaşacağı bildirilir.