Atambayev: Prezident olaraq səhv etdim
22.02.2019
Mən prezident olaraq kifayət qədər səhv buraxmışam və yaxşı ki, mənim gözlərim açılıb.
"Dövran Media" xəbər verir ki, bunu Sosial Demokratik Partiyasının qurultayında çıxışı zamanı Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev deyib.
"Partiyanın yenilənməsinə çox şadam. Mən daim partiyanın başında olmayacağam. 63 yaşım var, prezident rəhbərliyini verdiyim kimi, partiya rəhbərliyini də təhvil verəcəyəm. Rəsmi rəhbər həmişəlik Atambayev olmayacaq”, – deyə o bildirib.