21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Fövqəladə vəziyyətin ləğvi üçün qətnamə təqdim edəcəklər

22.02.2019

Gözlənildiyi kimi, demokratlar Prezident Trampın keçən həftə elan etdiyi fövqəladə vəziyyətin ləğv olunması üçün qətnamə təqdim etməyə hazırlaşırlar.
Senatda azlığın lideri Çarlz Şumer Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin dəstəyi ilə müvafiq qanun layihəsinin cümə günü təqdim olunacağını elan edib. Demokratlar bildirirlər ki, Tramp Konqresin rəyindən asılı olmayaraq sərhəddə divar ucaldılması üçün zəruri vəsait almaq məqsədilə süni şəkildə fövqəladə vəziyyət tətbiq etməklə tarazlığı pozur.
Xatırladaq ki, ABŞ-Meksika sərhədində divar ucaldılması barədə demokratlar ilə respublikaçılar arasında razılıq əldə etmək mümkün olmayıb və bundan sonra Tramp fövqəladə vəziyyət tətbiq etməyi qərara alıb. Konqres həmin divar üçün cəmi 1,375 milyard dollar ayrılmasına razılıq verib. Bu isə Prezidentin tələb etdiyi 5,7 milyard dollar ilə müqayisədə xeyli azdır. Qətnamə həm Nümayəndələr Palatasında, həm də Senatda kifayət qədər səs toplasa, imzalanmaq üçün Prezidentə göndəriləcək. Lakin demokratlar bu qanun layihəsini hər iki palatadan keçirməyə müvəffəq olsalar belə, çox güman ki, Prezident Tramp özünün veto hüququndan istifadə edərək həmin layihəni imzalamayacaq.