FTX teraktın qarşısını aldı - Rusiyada həyəcanlı anlar
11.03.2018
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Saratov vilayətində terror aktının qarşısını alıb.
"Dövran Media" xəbər verir ki, bu barədə RİA informasiya yayıb.
Məlumata görə, əməliyyat zamanı silahlı terrorçular FTX əməkdaşlarına müqavimət göstərib. Baş verən atışmada terrorçuların bir çoxu yaralanıb. Hadisə yerində təhlükəsizlik orqanları TT və PM markalı tapançalarla yanaşı, həmçinin əl qumbaraları və 3 kiloqram trotil gücündə partladıcı aşkar edərək götürüblər.