İran-İsrail savaşı başlaya bilər - Zərif
21.02.2019
İsrail avantüra sərgiləyir və bu, çox təhlükəlidir.
"Dövran Media" xəbər verir ki, bunu Almaniyanın "Sueddeutsche Zeitung” qəzetinə müsahibəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib. O, İranın Suriyada mövcudluğunun qanuni olduğunu bildirib.
Zərif həmçinin İranla İsrail arasında müharibə ehtimalının görməzdən gəlinməməsi gərəkdiyini deyib.
Qeyd edək ki, Zərif Münhen Təhlükəsizlik Konfransındakı çıxışında da İran-İsrail müharibəsi riskinin yüksək olduğunu açıqlamışdı.