Pakistan: Hindistan müharibə başlatsa...
21.02.2019
Pakistan Hindistanın aqressiyasına cavab verməyə hazırdır.
"Dövran Media" xəbər verir ki, bu bəyanatı Pakistan Baş naziri İmran Xan paylaşıb.
"Pakistan qisas haqqında düşünməyəcək. Biz dərhal cavab verəcəyik. Hindistan anlamalıdır ki, müharibəni başlamaq asandır, amma onu bitirmək çox çətindir”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Hindistan Cammu və Kəşmir ştatında hind hərbçilərinə qarşı törədilən teraktda Pakistanı ittiham edib. Rəsmi Dehli Pakistandan teraktda iştirak edən terrorçuları gizlətməməsini tələb edib.