“Neolit” davasına görə saxlanılan blogerə terror ittihamı
21.02.2019
Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvadakı "Neolit” restoranındakı kütləvi davadan sonra həbs edilən bloger Əlibəy Mirzəxanovu terrorizmdə şübhəli bilir.
"Dövran Media" xəbər verir ki, bunu TASS agentliyinə açıqlamasında rusiyalı blogerin vəkili Şamil Yandarbayev deyib. Onun Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsi (terror təşkilatının fəaliyyətinin təşkili) və 205.1 maddəsi (terror fəaliyyətinə dəstək) ilə şübhəli bilindiyi vurğulanıb.