“Samsung” ilk dəfə qatlanan smartfon təqdim edir
21.02.2019
"Samsung” şirkəti dünyada ilk dəfə qatlanan ekranla təchiz edilən smartfonu təmsil edir.
Bu barədə "Report” RBK-a istinadən xəbər verir.
Bildirilir ki, yeni telefonun təqdimatı hazırda San-Fransiskoda keçirilir.
Yeni "Samsung Galaxy Fold” smartfonu "Flex Display Infinity” ekranı ilə təchiz olunub. Ekranın diaqonalı 7,3 düymdür. Aparat kompakt qurğu olaraq dəyişə bilər.
Həmçinin smartfon barmaq izlərini skaner edir. Mobil aparatda altı düymə var. Telefonu hazırlayanların sözlərinə görə, yeniliklər videozəng zamanı bir neçə əlavələrdən istifadə etmək imkan verəcək.