YPG-nin nazirləri Afrindən qaçır - Türk qorxusu
11.03.2018
Türkiyə Silahlı Qüvvələrinin "Zeytun budağı" hərəkatından qorxuya düşən YPG liderləri Afrini tərk etməyə başlayıb.
"Dövran Media" Türkiyə mətbuatına istinadla xəbər verir ki, ilk qaçan şəxs YPG-nin "ədliyyə naziri" Səid İsmət Qubar olub. O, İranın dəstəklədiyi qrupların nəzarətində olan Nubul şəhərinə gəlib. YPG liderləri Qubarı geri qaytarmaq üçün İranın dəstəklədiyi qruplarla danışıqlara başlayıb.
Daha sonra YPG-nin "daxili işlər naziri" Həsən Bayram Ziyarə sərhəd keçid məntəqəsindən qaçmağa çalışarkən yaxalanıb.
Bundan başqa, YPG-nin Qəndildəki liderləri də bölgəni tərk edib.