İraq bu əraziyə qoşun yığır
20.02.2019
İraq Suriya sərhədində yerləşən Ənbar mahalına əlavə hərbi qüvvə göndərib.
"Dövran Media" xəbər verir ki, bu barədə İraqın Müdafiə Nazirliyi informasiya yayıb.
İraq ordusu bu qərarla sərhəd bölgəsinin müdafiəsinin tam təmin olunmasına və İŞİD qruplarının ölkəyə daxil olmasının qarşısının alınmasına çalışdığını açıqlayıb.