Həmsədrlərin səfəri başladı
20.02.2019
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanda səfərdədirlər.
Report-un xəbərinə görə, Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyanın bildirdiyinə görə, həmsədrlərin İrəvana səfəri çərçivəsində Baş nazir Nikol Paşinyan və Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla görüşlər planlaşdırılır.
Vasitəçilər İrəvandan sonra Bakıya gələcəklər.