Ruhaninin qardaşı hakim qarşısına ÇIXARILDI
20.02.2019
İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firudun məhkəmədə ifadə verib.
"Dövran Media" xəbər verir ki, korrupsiyada ittiham edilən H.Firudunla birlikdə 4 nəfər hakim qarşısına çıxıblar.
Onun ifadəsinin tərkibi bilinmir.
Qeyd edək ki, br müddət Həsən Ruhaninin müşaviri olmuş Hüseyn Firudun 2017-ci ildə həbs edilmiş, qısa müddət sonra azadlığa buraxılımışdı.