Lavrov: ABŞ Suriyada dövlət qurur
19.02.2019
ABŞ-ın məqsədi Suriyanı parçalamaq və Fəratın şərq sahilində qondarma dövlət yaratmaqdır.
"Dövran Media" xəbər verir ki, bunu Slovakiya Xarici İşlər naziri Miroslav Layçakla görüşü zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
"Başqa sözlə, Suriyanın ərazi bütövlüyü və suverenliyinin bərpası ilə bağlı açıqlama ABŞ-ın sadəcə gözdən yayınmaq üçün manevridır. İndiki halda daha aydın şəkildə bəlli olur ki, onların hədəfi Suriyanı parçalayıb, Fəratın şərq sahilində qondarma dövlət yaratmaqdır. Onlar artıq aktiv şəkildə Suriyanın bu hissəsinə vəsait yatırır və öz müttəfiqlərini də məcbur edirlər ki, bu tənzimləmə üçün ödəniş etsinlər”, – deyə o bildirib.