İŞİD bu ölkədə möhkəmlənir
19.02.2019
İŞİD Liviyada möhkəmlənir və Əl Qaidə ilə əlaqələrini gücləndirir.
"Dövran Media" xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov deyib.
"İŞİD Liviyada, o cümlədən Tripolidə aktivliyini artırır, dövlət idarəetmə sisteminin parçalanmasından istifadə edir. İŞİD həmçinin Əl Qaidə ilə əlaqələrini gücləndirir, neft limanları yaxınlığında baş qaldırır”, – deyə o bildirib.