Ayağı amputasiya olunan xalq artisti danışdı - FOTO
19.02.2019
Xalq artisti Həmidə Ömərova hazırda xəstəxanada müalicə alan xalq artisti Ramiz Əzizbəylini ziyarət edib.
"Dövran Media" xəbər verir ki, H.Ömərova bununla bağlı İnstaqram səhifəsində məlumat paylaşıb.
Aktrisa bildirib ki, səhhəti normallaşan aktyor kino çəkmək istəyir:
"Sağalacaq, inşallah. Özü də buna inanır. Yaşamaq, yaratmaq, kino çəkmək, şeir yazmaq istəyir. Öz şeirlər kitabından bizə bir neçə şeir oxuyub kövrəldi, bizi də kövrəltdi. Sonra da məndən təəccüblə soruşdu ki, niyə belə kədərlisiniz?
"Gəlin mahnı oxuyaq”, - dedi və məlahətli, heç kimin səsinə bənzəməyən titrək, həzin səsi ilə oxudu. Bizim optimist, şən, həyatsevər Ramiz Əzizbəylimiz. Allah sizə şəfa versin”.
Xatırladaq ki, xalq artisti R.Əzizbəyli bir neçə ildir iflic, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Yaxın günlərdə xalq artistinin qanqren olan ayağı barmaq hissədən amputasiya olunub.