Türkiyə bunu bacarır - Peskov
18.02.2019
Türkiyə Rusiyadan S-400 zenit raket komplekslərinin alınmasıyla bağlı qərarını ABŞ-ın təzyiqlərinə rəğmən dəyişməyib.
"Dövran Media" xəbər verir ki, bunu "Hürriyyət” qəzetinə müsahibəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Türkiyə artıq qərarını qəbul edib və biz lazımı formada hərəkət edirik. Bütün razılaşmalar imzalanıb, öhdəliklər götürülüb, kreditlər verilib, ödənişlər həyata keçirilib. ABŞ tez-tez cəhd edir ki, qanuni və qanunsuz vasitələrlə rəqabət üstünlüyü əldə etsin. Hazırda Türkiyəyə belə təzyiqlər edilir. Çox az ölkələr dayanıqlılıq nümayiş etdirir. Türkiyə bunlardan biridir”, – deyə o bildirib.