Himnimizlə ilə bağlı - QƏRAR
18.02.2019
Azərbaycanın dövlət himninin başqa dildə oxunması qanunla qadağan edilir.
"Dövran Media" xəbər verir ki, bu, yeni hazırlanan "Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında” qanun layihəsində (üçüncü oxunuş) əksini tapıb.
Qanunun 8-ci (Azərbaycan Respublikasının Dövlət himninin istifadəsinə dair məhdudiyyətlər) maddəsinə əsasən, himn başqa dildə oxuna bilməz.
Layihə Milli Məclisin fevralın 19-da keçiriləcək plenar iclasında müzakirə olunacaq.