Pakistan səfirini bu ölkədən geri çağırdı
18.02.2019
Pakistan Hindistandakı səfirini məsləhətləşmələr üçün İslamabada geri çağırıb.
"Dövran Media" xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məhəmməd Feysal paylaşıb. O, səfirin Hindistanı bu gün tərk etdiyini bildirib.
Qeyd edək ki, bundan öncə Hindistanın Cammu və Kəşmir ştatında 45 nəfərin ölümüylə nəticələnən terakt baş verib. Dehli teraktdan dərhal sonra Pakistanı ittiham edib.