Onlar birləşmək istəyir
18.02.2019
Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Rusiyaya birləşməyə hazır olduğunu deyib.
Verilən məlumata görə, o, bu açıqlamanı Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı bildirib.
Görüşdən sonra prezidentlər mətbuat konfransı keçirib. Hər iki tərəf önəmli açıqlamalar verib. Lakin ən çox diqqət çəkən məsələ A.Lukaşenkonun ölkəsinin Rusiyaya birləşməsi təklifi olub. O, Putini işarə edərək "İkimiz birləşə bilərik, problem deyil. Amma siz - ruslar və belaruslar buna hazırsızmı?” deyə soruşub. Daha sonra o, iki dövlət olaraq güclərini birləşdirməyə hazır olduğunu deyib.
Qeyd edək ki, Belarus 1991-ci ildə SSRİ –nin dağılması ilə müstəqillik əldə edib. 1994-cü il seçkilərindən sonra dövlətə Lukaşenko başçılıq edir.