Şahzadə Pakistana GETDİ
18.02.2019
Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman Pakistana gəlib.
"Dövran media" xəbər verir ki, vəliəhdi İslamabad hava limanında şəxsən Pakistan Baş naziri İmran Xan qarşılayıb. Onun Pakistanda baş nazirlə bərabər Prezident Arif Əlvi və Baş Qərargah rəisi Kamar Bacvu ilə görüşü nəzərdə tutulub. Səfər zamanı tərəflərin özəlliklə iqtisadi investisiyalar sahəsində razılaşmalara imza atacağı vurğulanıb.
Qeyd edək ki, vəliəhdin səfəri iki gün davam edəcək. Buradan o, Hindistan və Çinə yollanacaq.