Şahzadə “Mançester Yunayted”i almaq istəyir
17.02.2019
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman İngiltərənin "Mançester Yunayted” klubunu almaq istəyir.
Bu barədə şənbə günü, fevralın 16-da, "The Sun” nəşri yazır.
Şahzadə "qırmızı şeytanlar” üçün 4,8 milyarda dollar xərcləməyə hazırdır.
Qeyd edilir ki, klubun hazırkı sahibləri - Qleyzer ailəsi – "Mançester Yunayted”i satmaq niyyətində deyil, lakin bu təklif maliyyə baxımından çox sərfəli ola bilər.
Nəşr həmçinin qeyd edir ki, şahzadə ailəsinin sərvəti bir trilyon dollardan çoxdur. Məhəmməd bin Salman razılığı yeni mövsümün əvvəlinə qədər əldə etmək niyyətindədir.