21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Soyuq suyun ağlasığmaz faydaları

16.02.2019

İsti və ilıq suda çimmək insanı nə qədər rahatlatsa da, soyuq su ilə çimməyin bədənə xeyri daha çoxdur.
"Dövran Media" soyuq suda yuyunmağın faydalarını təqdim edir.
Xüsusilə səhər yataqdan qalxmaqda çətinlik çəkənlərə soyuq duş daha xeyirdir. Soyuq su hüceyrələri və qan dövranını hərəkətə gətirir.
Soyuq suda çimmək stressi götürür və ovqatı yaxşılaşdırır.
Bu, üz dərisinə və saçlara da xeyirdir. Çox isti və ya ilıq su ilə çimmək saçı yağladır, üzü və saç dərisinin pul-pul görsənməsinə səbəb olur. Soyuq su ilə yuyunanda isə saçlar parıldamağa başlayar.
Eyni zamanda saçlar tez kirlənmir, üz dərisi daha sağlam olur.
Soyuq su bədənində toplanan toksinlərdən qurtulmağa da kömək edir. Beləliklə toksinləri bədəndən kənar edən soyuq su arıqlamağa yardımçı olur.
Həddindən artıq isti su sperma həcmini və onun keyfiyyətini azaldır. Ona görə də kişiləri üçün ən yaxşısı həmişə soyuq su ilə çimməkdir.
Soyuq suda çimən qrip və soyuqdəyməyə də daha az tutulur. Soyuq su bədənin müqavimətini artırır, immun sistemini gücləndirir.