23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Şeyxdən Moskvadakı davaya MÜDAXİLƏ

16.02.2019

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit” kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında baş vermiş kütləvi dava ilə bağlı dərhal Çeçenistanın rəsmi dairələri ilə əlaqə saxlayıb.
Bu barədə Rusiyadakı mötəbər mənbə məlumat verib.
Mənbənin məlumatına görə, hadisə barədə ilk xəbəri aldıqdan sonra Qafqaz Xalqları Ali Dini Şurasının sədri olan Şeyxülislam dərhal Rusiyadakı çeçen icmasının nüfuzlu dini və ictimai liderləri ilə danışaraq, baş verən prosesi dayandırmaq üçün birgə işin zəruriliyini bildirib.
Mənbə qeyd edib ki, bir sıra maraqlı qüvvələr Rusiyada adi kriminal hadisəni məzhəb davasına keçirməyə cəhd ediblər. A.Paşazadə Çeçenistanın rəsmi dairələri və nüfuzlu din xadimləri ilə də təmas yaradaraq, onları bu təhlükəli amilin qarşısını almaq üçün birgə səy göstərməyə çağırıb. Şeyx eyni zamanda Azərbaycan diasporu və rəsmi dairələri ilə mütəmadi əlaqə saxlayıb.
QMİ sədrinin və dövlət qurumlarının birgə iştirakı ilə aparılan təxirəsalınmaz işlər öz nəticələrini verib. Müəyyən qüvvələrin məişət kriminalını məzhəb davasına keçirmək cəhdləri baş tutmayıb. Çeçen və azərbaycanlı icması bir masa arxasında oturaraq dostluq və qardaşlıq mesajlarını veriblər.
Moskvada toplaşan hər iki tərəfin nümayəndələri azərbaycanlılarla çeçenlər arasında heç bir ədavətin olmadığını bəyan ediblər.
Çeçenlərin nümayəndəsi törədilən hadisələri təxribat adlandırıb və hər iki tərəfi bu təxribata uymamağa çağırıb.