ABŞ Türkiyəyə səfir göndərir
16.02.2019
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfir vəzifəsinə öz namizədinin adını açıqlayıb.
"Dövran Media" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Tramp ABŞ-ın Türkiyədəki səfiri vəzifəsini ABŞ Dövlət katibinin Yaxın Şərq İşləri üzrə köməkçisinin səlahiyyətlərinin müvəqqəti icraçısı Devid Satterfildin namizədliyini irəli sürüb.
Qeyd edək ki, Satterfild 2017-ci ildən etibarən Mayk Pompeonun Yaxın Şərq işləri üzrə köməkçisinin səlahiyyətlərinin müvəqqəti icraçısıdır. Bu vaxta qədər o, ABŞ dövlət katibinin Liviya üzrə xüsusi müşaviri olub, eləcə də ABŞ-ın Misir, İraq, Livan, Suriya, Səudiyyə Ərəbistanıdakı səfirliklərində çalışıb.