Londonda ETİRAZ aksiyası
15.02.2019
Böyük Britaniyada tələbələr iqlim dəyişikliyi probleminə diqqət çəkmək üçün etiraz aksiyası keçiriblər.
Etiraza Parlament Meydanının qarşısından başlayan aksiya iştirakçıları bu ölkənin Nazirlər Kabinetinin yerləşdiyi küçəyə doğru irəliləyiblər. Onlar İqlim dəyişikliyinə qarşı hərəkət etmək üçün şüarlar səsləndirib. Aksiya iştirakçıları sənaye inqilabından bəri atmosferin çirkləndiyini və hökumətin iqlim dəyişikliyinə biganə qaldığını bildiriblər.