Xalq artisti Naibə Allahverdiyevanın səhhəti pisləşib.
"Dövran Media"nın məlumatına görə, bu haqda artistin özü məlumat yayıb. O, iynədən şoka düşdüyünü bildirib.
"Əsəblərimlə və qan təzyiqimlə əlaqədar xəstəxanaya getdim. Həkim sistem yazdı, etdirdim. Evə gələndən sonra hiss etdim ki, üşütmə gəlir. Bütün bədənim şişməyə, ağrımağa başladı. Şoka düşdüm. Təcili yardımla məni xəstəxanaya çatdırdılar" - o qeyd edib.