21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Adların da dadı-tamı olarmış?... Maraqlıdır

15.02.2019

"Dövran Media" dünya KİV-lərinə istinadən sizə maraqlı bir faktı catdırır. 
Belə ki,  Şotlandiyanın Qlazqo şəhərindən olan 37 yaşlı Culi Makdouoll, dünyamızı xüsusi bir şəkildə qəbul etməyə imkan verən "sinestesiya" adlanan çox nadir bir qabiliyyətə sahibdir.
Culi hər dəfə kiminsə adını eşidəndə ağzında dad hiss edir. Bəzən hətta bu zaman müəyyən obrazlar görür ki, onları təsvir etmək çətindir, lakin daha çox söhbət yalnız daddan gedir. İlk baxışdan elə görünə bilər ki, belə qabiliyyət ilə yaşamaq çətin olar. Lakin qadın inandırır ki, bunda qorxulu heç nə yoxdur. Culi uşaqlıqdan sinestesiyadan əziyyət çəkir və artıq bu duyğulara çoxdan alışıb.
Maraqlıdır, görəsən insanların adı nə dadır? Onun sözlərinə görə, Brayan adı onun üçün hindqozu yonqarı dadır, Qrem - soyuq polad, Con - keyfiyyətli dəri ayaqqabı, Vendi - portağal şirəsi, Dominikoviç - pomidor sousu ilə makaron , İsa – içi şokolad kürəcikli vafli tamını verir. Özü də ad ata adı və soyadı ilə birgə xüsusi dad kəsb edir, hətta tam və azaldılmış adların tamı tamamilə fərqlidir
Sosial şəbəkə istifadəçiləri daim ondan adlarının, soyadlarının nə dad verdiyini soruşurlar. Bu da qadının intrenetdə cox məşhur olmasına imkan yaradır.Etiraf edək ki, sosial şəbəkə istifadəçilərinin əksətiyyəti belə bir istedada malik olmaq istəyərdi. Belə qabiliyyətlə daha tez məşhurlaşmaq asandır, nəinki sonsuz sayda selfi cəkdirib "dünya şəbəkəsinə” yerləşdirməklə.
"DM"