Deputatlarımız xaricə gedirlər
15.02.2019
Milli Məclisin Avstraliya və Yeni Zelandiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev və qrupun üzvü Asim Mollazadə fevralın 15-də Avstraliyanın Sidney şəhərinə səfər edəcəklər.
"Dövran Media" bildirir ki, Məclis Aparatından Trend-ə verilən məlumatına görə, deputatlarımız bir sıra görüşlər keçirəcək, Azərbaycanla Avstraliya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı barədə məsələləri müzakirə edəcək, qanun yaradıcılığı ilə bağlı təcrübələrini bölüşəcəklər.
Səfər fevralın 27-də başa çatacaq.