Paşinyan özünü itirib - Marukyan
14.02.2019
Dünənki müxalifət hakimiyyətə gələn kimi dözümsüz olmağa başladı.
"Dövran Media" xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan deyib.
"Üç gündür biz oturub, hökumətin proqramının müzakirəsinin necə getdiyinə baxırıq. Onun hansı dözülməz atmosferdə keçməsi təəccüblüdür. Müxalif qüvvənin hakimiyyətə gələn kimi belə sürətlə tolerantlığını itirməsi qəribədir. Plenar müzakirədən öncə hakimiyyət parlament fraksiyalarına öz layihəsini təqdim etməyib. Beləliklə, hökumət özünü müxalifəti eşitmək imkanlarından məhrum edib”, – deyə o bildirib.