İş adamı qaziyə şirkət hədiyyə etdi
14.02.2019
İş adamı Rövşən Tağıyev özünə məxsus olan "Kral Travel" turizm şirkətini aprel qazisi Kamil Musəviyə hədiyyə edib.
"Dövran Media" xəbər verir ki bu barədə məlumatı AFN.az-a təsdiqləyən R.Tağıyev bildirib ki, "Kral" şirkətlər qrupuna daxil olan "Kral Travel"i heç bir təmənnasız K.Musəviyə verib.
Qeyd edək ki, K.Musəvi 2016-cı ilin Aprel döyüşləri zamanı qazi olub.